12px13px15px17px
Tarix:08/05/14

Xrombuklar ucuzlaşır və məhsuldarlığı artır

“Intel” şirkəti San-Fransiskoda keçirilmiş tədbirdə dünyanın ən iri istehsalçıları ilə birgə “Chrome OS” əməliyyat sistemi ilə işləyən 20 noutbuk modelini təqdim edib. Aparatlar cari il ərzində satışa çıxarılacaq.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, xrombukların bir hissəsi 4-cü nəsil “Core i3” bazasında güclü prosessor, digər hissəsi enerji səmərəli “Celeron” (Bay Trail-M) prosessoru ilə təchiz edilib.
 
“Bay Trail-M” prosessoru ilə təchiz edilmiş modellər bir o qədər sürətli deyillər, amma 11 saatadək avtonom işləyə bilərlər. Həmçinin, demək olar ki, səssizdirlər, çünki ventilyator yoxdur, sələflərindən 15% daha nazikdirlər və onların bir çoxu sensor ekranla təchiz edilib.
 
Ümumilikdə, “Intel” və partnyorlar tərəfindən nümayiş etdirilmiş aparatların əksəriyyətində ekranın diaqonalı 11 düymdür və təsvir ölçüsü isə elə də yüksək deyil. Beləliklə, “Chrome OS” istifadəçiləri əvvəlki kimi noutbukun məhsuldarlığı ilə ekranın keyfiyyəti arasında seçim etmək məcburiyyətindədirlər.
 
Emil Hüseynov
 



Baxış sayı: 837

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024