12px13px15px17px
Tarix:08/05/14

Şuşadan olan rabitəçi məcburi köçkünlərlə görüş keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-də Şuşadan olan rabitəçi məcburi köçkünlərlə görüş keçirilib.

Görüş iştirakçılarına Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun salamlarını çatdıran nazir müavini Elmir Vəlizadə Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik şəhəri Şuşanın ermənilər tərəfindən işğalından düz 22 il ötdüyünü xatırladaraq torpaqlarımızın ən qısa zamanda geri qaytarılması ilə yanaşı, bu gün dövlətimizin apardığı sosial siyasətdə məcburi köçkünlərlə bağlı problemlərin həlli, onların yaşayış vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi kimi prioritet istiqamətlərin dayandığını bildirib.

"Hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur".
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Qarabağın sülh yolu ilə işğaldan azad edilməsi istiqamətində apardığı siyasətdən danışan E.Vəlizadə torpaqlarımızın azad edilməsinin ardınca əzəli torpaqlarımızda  bütün istiqamətlərdə olduğu kimi, rabitə sahəsində də "Böyük qayıdış proqramı"nın yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.

Nazir müavini qeyd edib ki, RYTN də bu illər ərzində əsas fəaliyyəti ilə yanaşı, nəinki Şuşadan olan məcburi köçkünlərin, ümumilikdə rabitə sahəsində çalışan məcburi köçkünlərin, şəhid və əlil ailələrinin,  veteranların problemləri ilə yaxından maraqlanaraq onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür.

RYTN-in bu ənənəsini bundan sonra da davam etdirəcəyini deyən E.Vəlizadə görüş iştirakçılarının hər birinin şəxsi problemləri və çətinlikləri ilə də yaxından tanış olaraq, onların həllinə çalışacaqlarını qeyd edib.
 
RƏVAN



Baxış sayı: 875

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye