12px13px15px17px
Tarix:21/05/14

Vaşinqtonda Azərbaycanın iqtisadi imkanlarının təqdimatı keçirilib

Mayın 20-də Ronald Reyqan adına Beynəlxalq Ticarət Mərkəzində Amerika-Azərbaycan Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) ABŞ-dakı nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycan ilə işgüzar münasibətlər və ticarət" mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçılarına Azərbaycanın sürətlə inkişaf edən bazarı haqqında geniş informasiya vermək məqsədi daşıyan forumda qeyri-neft sənayesində, o cümlədən texnologiyalar sənayesi və rabitə vasitələri, kənd təsərrüfatı, bərpa edilə bilən enerji mənbələrindən istifadə və turizm sahələrində biznes fəaliyyətinin həyata keçirilməsi imkanlarına xüsusi diqqət yetirilib.

Forumu Ronald Reyqan adına Beynəlxalq Ticarət Mərkəzinin Ticarət sahəsinin stimullaşdırılması şöbəsinin direktoru Endrü Qelfuso açıb. O, qonaqları salamlayaraq mərkəzin fəaliyyəti barədə söhbət açmış, amerikalı sahibkarların Azərbaycan kimi ölkələrdə geniş imkanlar haqqında məlumatlandırılması üçün bu cür tədbirlər keçirilməsinin vacib olduğunu vurğulayıb.

Sonra ABŞ Ticarət Nazirliyinin bir bölməsi olan "SelectUSA" təşkilatının icraçı direktorunun müavini Eron Brikman çıxış edib.

E.Brikman tədbir iştirakçılarına "SelectUSA"-nın missiyası barədə məlumat verərək vurğulayıb ki, bu təşkilat federal səviyyədə ABŞ-ın bütün dünyada sahibkarlıq baxımından ən yaxşı ölkə kimi təqdim edilməsi və sahibkarlıqla bağlı proqram və xidmətlərdən istifadənin sadələşdirilməsi üçün yaradılıb. Qeyd edilib ki, "SelectUSA" iki ölkə arasında ticari əlaqələrin genişləndirilməsində maraqlıdır.

Xaricdə özəl investisiyalar korporasiyasının məhsulları və biznesin inkişafı üzrə maliyyə direktoru Mark Stukart auditoriyada toplaşanlara Azərbaycanın Avropa üzrə əsas müttəfiq və tərəfdaş kimi əhəmiyyətini vurğulayaraq son 20 ildə iki ölkə arasında uğurlu əməkdaşlıq haqda söhbət açıb. M.Stukart inkişaf etməkdə olan bazarlara daxil olmağı arzu edən Amerika firmaları üçün korporasiya tərəfindən təqdim edilən xaricdə özəl sərmayələr üzrə maliyyələşdirmə imkanları haqda məlumat verib.

Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova tədbir iştirakçılarının diqqətini Azərbaycanın son iqtisadi nailiyyətlərinə və hazırkı mərhələdə Azərbaycanda sahibkarlıq imkanlarına cəlb edib. O, iqtisadiyyatın mərhələlər üzrə inkişafını nəzərdə tutan "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf konsepsiyası haqqında məlumat verib. S.Sadıqova Bakıda Yüksək Texnologiyalar Parkı, "Trans-Avrasiya Super  İnformasiya Magistralı" layihəsi, Sumqayıt Kimya Sənayesi Parkı kimi iri layihələr barədə söhbət açaraq regional və qlobal əhəmiyyətli layihələrin uğurla həyata keçirilməsində Azərbaycan rəhbərliyinin rolunu vurğulayıb. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda, o cümlədən bərpa edilə bilən enerji mənbələrindən istifadə, kənd təsərrüfatı, turizm, nəqliyyat, informasiya və telekommunikasiyalar sahəsində əlverişli imkanların olması qeyd edilib.

Sonra AzPROMO-nun ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov çıxış edib. O, tədbir iştirakçılarına AzPROMO-nun ABŞ-dakı missiyasının fəaliyyəti, o cümlədən "Flavors of Azerbaijan" və "Wine & Spirits of Azerbaijan" layihələri barədə məlumat vermiş, amerikalı sahibkarları, xüsusən qida məhsulları və içki idxal edənləri, topdansatış ticarətçilərini və distribüterləri Azərbaycandan olan ixracatçı şirkətlərlə əməkdaşlığa çağırıb. AzPROMO nümayəndəsi daha sonra Azərbaycanda sahibkarlığın həyata keçirilməsi üçün qüvvədə olan vergitutma qaydaları, hüquqi, mədəni və normativ şərait haqda məlumat verib.

Çıxışlar başa çatandan sonra məruzəçilər auditoriyadakıların suallarını cavablandırıb.
 



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si