12px13px15px17px
Tarix:26/05/14

“LADEE” layihəsi uğurla həyata keçirilir

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NACA) ötən ilin sentyabrından həyata keçirilən “Lunar Laser Communication Demonstration” (LLCD) layihəsi çərçivəsində lazer rabitə sistemini Ayın ətrafında dövr edən “Lunar Atmosphere and Dust Environment Explorer” (LADEE) tədqiqat peyki ilə sınağını keçirir.

Sınağın Yerdəki hissəsində Nyu-Meksiko ştatındakı səhrada fəaliyyət göstərən dörd ötürücü teleskopdan istifadə olunur. Sınaqlar zamanı “LADEE”-dən Yerə məlumatların ötürülmə sürəti 622 Mbit/saniyə, əks istiqamətdə 19,44 Mbit/saniyə təşkil edib. Bu, indiyədək radiorabitə vasitəsilə nail olunan sürətdən 4800 dəfə sürətlidir.    

Teleskoplar məlumatları infraqırmızı şüalar impulsu ilə ötürür. Çətinlik şüaların ötüb keçməsi üçün maneələr yaradan Yer atmosferinin dəf edilməsindədir. Məhz bu səbəbdən “LADEE”-dəki qəbulediciyə ən azı bir şüanın çatması üçün dörd teleskopdan istifadə edilir. Siqnalın gücü 40 vatta bərabərdir, “LADEE”-yə isə bir vattın milyondan da az bir hissəsi gedib çatır ki, bu da səhvsiz ötürülmə üçün yetərli hesab olunur, - "Computerworld www.osp.ru” yazır.



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024