12px13px15px17px
Tarix:06/06/14

Bitkoinin məzənnəsinin dəyişməsinin səbəbləri bəlli oldu

Bitkoinin məzənnəsi standart iqtisadi amillərdən və insanların kriptovalyutaya olan marağından asılıdır.
 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən,   bu nəticəyə Praqanın Karlova Universitetinin tədqiqatçısı Ladislav Kristoufek gəlib. O, eyni zamanda müəyyən edib ki, bitkoin depozit vasitəsi kimi istifadə edilmir.
 
Araşdırmaya əsasən, bitkoinin məzənnəsinə təsir edən amillər üç qrupa bölünüb: iqtisadi, texniki və kriptovalyutaya olan maraq.
İqtisadi amillər sırasına real tranzaksiyalarda bitkoinlərin istifadəsinin aktivliyi, yeni bitkoinlərin buraxılış həcmləri və gün ərzində orta tranzaksiya həcmləri daxildir.
 
Tədqiqatçı belə bir nəticəyə gəlib ki, real razılaşmalarda istifadə edilən bitkoinlərin həcmləri ilə birjada iştirak üçün istifadə edilən bitkoinlərin həcmi bir-birindən asılıdır. Birjada iştirak üçün istifadə edilən bitkoinlərin həcmi nə qədər yüksək olsa, bitkoinlərin real malların və xidmətlərin ödənişində istifadəsi o qədər yüksək olur, bu da öz növbəsində bitkoinin kursuna müsbət təsir göstərir.
 
Bitkoinin dollara qarşı məzənnəsi qrafiki bir sıra “kisələrdən” (bubbles) asılıdır, yəni yüksəliş və ondan sonra gələn korrektələr nəticəsində onun məzənnəsi öncəki səviyyəyə qayıtmır. Bitkoinin məzənnəsi standart iqtisadi amillərdən və maraqdan asılıdır.
 

Texniki amillər arasında sistemin quruluşunu, o cümlədən kriptovalyutanın əldə edilməsinin çətinliyini qeyd etmək olar. Bu çətinlik kriptovalyutanı əldə etmək istəyənlərin sayını azalda bilər ki, bu da öz növbəsində məzənnəyə təsir edər.
 
Kristoufek tədqiqatını maliyyə stressi indeksi (Financial Stress Index, FSI) ilə bitkoinin məzənnəsi arasında əlaqəni yoxlama əsasında quraraq bu nəticəyə gəlib.
 
Aynur Vəliyeva



Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024