12px13px15px17px
Tarix:09/06/14

"Mən “Facebook”da bu şəkilləri paylaşmaq istəyirəm, siz razılıq verirsiniz?"

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərini kibertəhlükələrdən qorumaq üçün növbəti xəbərdarlığını edib.
 
 
"ICTnews" elektron xəbər xidməti  ETM-in rəsmi internet saytına istinadən bildirir ki, mərkəz bu dəfə diqqəti "Yahoo Messenger" və "Facebook" vasitəsi ilə yayılan troyanlara çəkib. Belə ki, yeni troyanın "Facebook" ani mesajlaşma və "Yahoo Messenger"lə yayıldığı məlum olub:
 
 
"Bitdefender"in təhlükəsizlik üzrə tədqiqatçıları xəbərdarlıq edirlər ki, yeni ani mesajlaşma troyanı dünyada 100 minlərlə kompüteri yoluxdurub. "Bitdefender" tərəfindən aşkar olunan "Gen: Variant. Downloader. 167" adlı bu ziyanverici proqram "Facebook" çatı və "Yahoo Messenger" vasitəsilə yayılır. Ekspertlər bildirir ki, bu troyan yoluxmuş kompüterdən istifadəçinin kontakt siyahısında olanlara "nəzakətli" mesajlar göndərir. Bu ziyanverici proqram "Mən "Facebook"da bu şəkilləri paylaşmaq istəyirəm, siz razılıq verirsiniz?" kimi mesajlar göndərə bilər. Bu mesajlar "Fileswap" və "Dropbox" kimi məşhur fayl paylaşma xidmətlərinə məxsus serverlərdə yerləşdirilib və gələn mesajlarda həmin xidmətlərə məxsus keçidlər müşahidə olunur".
 
 
"Bitdefender" ekspertləri bildiriblər ki, təhlükəli olan bu fayl əvvəlcə parametrləri olmadan yerinə yetirilir. Daha sonra bu proqram yoluxmuş kompüterdə "Application Data" qovluğunda ixtiyari adlı bir qovluq yaradır, özünü və ".exe" genişlənməsini bu qovluğa kopyalayır. Növbəti addımda registrdə
 
"HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Run"-da "Counter Background WWAN Thread Mapper User NetBIOS" adlı qeyd yaradır: "Bütün bu addımlardan sonra yoluxmuş kompüterin istifadəçisinin şübhələrinin qarşısını almaq üçün ona bu mesajı göndərir - "Bu tətbiqi proqram sizin istifadə etdiyiniz "Windows" versiyasına uyğun deyil. Sizə proqramın "x86" (32-bit) və ya "x64" (64-bit) versiyasının lazım olduğunu görmək üçün kompüterinizin sistem məlumatlarını yoxlayın və daha sonra proqram istehsalçısı ilə əlaqə saxlayın".
 
 
ETM qeyd edir ki, hər hansı bir təsadüfi ad ilə başqa bir icra olunan fayl "Application Data" qovluğunda eyni adla yaradılır. Bu fayl da iki parametrlə icra edilir: "WATCHDOGPROC" və ilk icra olunan fayl yolu. Nəhayət, konfiqurasiya eyniadlı qovluqda yaradılır, beləliklə, zərərli proqram əmr və nəzarət serverinə bağlanır.      "Bitdefender"-in ekspertlərinin fikrincə, hakerlər bu troyana ziyanverici proqramın digər hissələrini yükləməyə və nəhayət istifadəçi adı, parol, hətta bank etimadnaməsi kimi məxfi məlumatları toplamaq üçün əmr verə bilir. Bu ziyanverici proqrama yoluxma halları daha çox Rumıniya, Kanada, Almaniyada müşahidə edilib. Ancaq yoluxmuş kompüterlər, həmçinin, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və Danimarkada da mövcuddur".
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 432

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir