12px13px15px17px
Tarix:02/07/14

Kəşflərin yalnız cüzi hissəsi patentləşdirilir

Mövcud patent hüququ sisteminin müdafiəçiləri bildirirlər ki, patentlər ilk növbədə kiçik şirkətlərə və özəl ixtiraçılara öz kəşflərini böyük şirkətlərdən qorumaq üçün lazımdır. Bu belə olsaydı, sahibkarlar patentləri bizneslərini qorumaq üçün daha tez rəsmiləşdirərdilər.

Lakin reallıqda vəziyyət tamamilə başqa cürdür.
Belə ki, bu sahədə müəyyən araşdırmalar aparılıb. Məsələn, 1998-2006-cı illərdə Böyük Britaniyada neçə innovasiya şirkətinin kəşflər və yeni texnologiyalar üçün patentləri rəsmiləşdirməsi ilə bağlı araşdırma aparılıb və məlum olub ki, bunu şirkətlərin cüzi hissəsi edir.

Böyük Britaniyada qeydiyyatdan keçmiş bütün kommersiya şirkətləri arasında patenti onların yalnız 1,6 faizi rəsmiləşdirib.

Təkcə elmi tədqiqat fəaliyyəti ilə məşğul olan şirkətləri nəzərə alsaq belə, patenti rəsmiləşdirənlərin payı 4 faiz təşkil edir.  

Hətta patent sayının xüsusilə yüksək ola biləcəyi ən innovativ sahə - yüksək texnologiyalı istehsal sektorunda patentləri sənayedə fəaliyyət göstərən şirkətlərin yalnız 10 faizi rəsmiləşdirib.

Bilavasitə yeni texnologiyaların kəşfi üzərində çalışan elmi tədqiqat şirkətləri və tədqiqat və inkişaf mərkəzləri (R&D) arasında patent sahiblərinin sayı 16 faizi ötmür. Digər qruplar tərəfindən kəşflərin edilmədiyini və bu səbəbdən onların rəsmiləşdirilməməsini demək mümkündürsə, kəşflərin generasiyası ilə məşğul olan "R&D” mərkəzləri haqqında bunu demək qeyri-mümkündür.

Böyük Britaniyada yuxarıda qeyd olunan tədqiqatın müəllifləri oxşar rəqəmlərin qeydə alındığı ABŞ-da aparılan tədqiqatlara istinad edirlər. Onların fikrincə, bu statistika onu sübut edir ki, bəzi şirkətlər patentləşdirilməli olan kəşflərin hamısını avtomatik patentləşdirmir, bəziləri patent sistemini ya xərclərin çox olması, ya da patentin faydasızlığı səbəbindən tamamilə rədd edir, bir sıra innovasiyalarda patentləşdirmə üçün yararsız olan kəşflərdən istifadə edilir.

Elmi iş sübut edir ki, müasir patent sisteminin heç bir əhəmiyyəti yoxdur və əksər şirkətlər üçün faydasızdır, - “Xaker www.xakep.ru” yazır.



Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.