12px13px15px17px
Tarix:03/07/14

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirəcək.
 
Komissiyadan verilən məlumata görə, qəbul imtahanı ərəfəsində namizədlərə ixtisas fənləri üzrə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda təqdim olunacaq suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında hazırlanıb. İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını komissiyanın saytının elektron xidmətlər bölməsinə daxil olmaqla internet ödəmə vasitəsilə əldə etmək olar.
 
Sınaq imtahanının iyulun 4-dən həyata keçirilməsi nəzərdə tutulur.
 
Arzu edənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər.
 
İstifadə üçün http://eservices.tqdk.gov.az/ptservice2014/soft/tqdksinaq.zip proqramı yenidən yükləmək lazımdır.
 
 
CAHANGİR
 



Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024