12px13px15px17px
Tarix:06/09/14

Sosial şəbəkə insanların internetə qoşulması üçün milyardlarla dollar xərcləyəcək

Dünyanın ən böyük sosial şəbəkəsinin sahibi “Facebook” şirkəti hazırda internetə çıxış imkanı olmayan insanların ona qoşulması üçün milyardlarla dollar xərcləməyə hazırdır. Bu barədə şirkətin baş direktoru Mark Sukerberqə istinadən “Reuters” agentliyi məlumat verib.
 
“Bizim üçün dünyada bütün insanları internet şəbəkəsinə qoşmaq böyük əhəmiyyət kəsb edir. Buna görə “Facebook”a növbəti onilliklərdə milyardlara dollar sərf etmək tələb olunsa belə, hesab edirəm ki, uzunmüddətli perspektivdə bu, bizim və bütün dünya üçün müsbət addım olacaq”, - M.Sukerberq Meksika milyarderi Karlos Slim tərəfindən təşkil olunan tədbirdə bəyan edib.
 
2013-cü ilin avqustunda şirkətin baş direktoru məqsədi dünyada beş milyard insanın qoşulması (söhbət əsasən yoxsul Afrika ölkələrinin əhalisindən gedir) olan “Internet.org” fondunu işə salıb. Layihə çərçivəsində “Facebook” tərəfdaşların köməyi ilə elektron məlumatların ötürülməsinin səmərəliliyini artırmağı və internetə qoşulma haqqını 100 dəfə azaltmağı planlaşdırır.
 
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2014-cü ilin sonunadək dünyada təxminən üç milyard insan internetə çıxış imkanı əldə edəcək. Hazırda “Facebook” sosial şəbəkəsindən hər ay 1,3 milyarddan çox insan istifadə edir.
 
Oxşar təşəbbüslə “Google” şirkəti də çıxış edib. Belə ki, internet şirkəti atmosfer peyklərinin və internetə dünyanın ucqar region sakinlərini qoşmağa imkan verən digər pilotsuz uçan aparatların inkişafına bir milyard dollar məbləğində investisiya yatırmaq niyyətindədir, - "Lenta” www.lenta.ru yazır.



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Sentyabr 2019

16 09 2019

16/09/19
“iPhone XR” 2019-cu ilin birinci yarısında ən populyar smartfon olub

Analitiklər 2019-cu ilin birinci yarısının nəticəsinə görə “iPhone XR” aparatını 

16/09/19
“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir

“Sony” şirkəti bu ilin əvvəlində “Crystal LED” texnologiyası üzrə hazırlanan “16K” təsvir 

16/09/19
Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir

Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona 

16/09/19
“Libra” kriptovalyutası Avropada qadağan edilib

Fransa və Almaniya hökumətləri “Facebook”un “Libra” adlı  yeni kriptovalyutasını 

16/09/19
Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib (YENİLƏNİB)

Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin rabitə 

16/09/19
Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub

Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) yeni nəsil displeylər üçün hazırlanan yeni “DisplayHDR 1400” stand

16/09/19
Almaniyada “IBM Q System One” kvant kompüteri quraşdırılacaq

“IBM” şirkəti və Fraunhofer adına Elmi Tədqiqat Cəmiyyəti (Fraunhofer Gesellschaft) arasında Almaniyada tədqiqat və eksperimentlərin aparı

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım