12px13px15px17px
Tarix:11/09/14

Onlarla iri sayt şəbəkə neytrallığını dəstəkləyib

ABŞ-da “Reddit”, “Netflix” və “Upworhty” kimi onlarla İT şirkəti və hüquq müdafiə təşkilatları bu gün ölkənin qanunverici orqanını internetin sürətinin zəiflədilməsindən imtina etməyə çağıran aksiya keçirəcək. Söhbət provayderlərə müxtəlif saytlara trafikin fərqli sürətlə verilməsi imkanını nəzərdə tutan qanundan gedir.
 
Qanuna görə, rabitə tədarükçüsü ilə imzalanan sazişin şərtlərindən asılı olaraq saytlardan biri zəif, digəri sürətli yüklənəcək. Etiraz edənlərin fikrincə, bu, bütün internet trafikinin eyni sürətdə olmasını nəzərdə tutan şəbəkə neytrallığına ziddiyyət təşkil edir. 
 
“Mozilla” (Firefox brauzerinin yaradıcısı), “Foursquare”, “Vimeo” və digər məşhur şirkətlər aksiyada iştirak edəcəklərini bəyan edib. Bu resursların hamısında məlumatların zəif sürətlə ötürülməsini (əslində sürət zəifləməyəcək) bildirən yükləmə nişanı göstəriləcək. Aksiyada digər məqsədlərdən biri isə istifadəçilərə qanunun qəbul ediləcəyi təqdirdə provayderlərin saytlardan birini digərindən üstün tutmasının nə ilə nəticələnəcəyini anlatmaqdan ibarətdir.
 
“Facebook” sosial şəbəkəsi resursda sürətin zəiflədilməsini bildirən nişanı yerləşdirməkdən imtina etsə də, şəbəkə neytrallığına dəstək nümayiş etdirib. Şirkət ABŞ qanun tənzimləyicilərini ödənişli trafikin prioritet edilməsinə qarşı sərt qaydalar qəbul etməyə çağırıb ki, internet söz azadlığı və kommersiya üçün açıq platforma kimi fəaliyyət göstərsin, - “ www.vesti.ru” yazır. 
 



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Fevral 2020

26 02 2020

26/02/20
Xocalı faciəsi ilə bağlı İKT-lab və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirici tədbir keçirib

Bu gün Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

26/02/20
“Samsung” şirkəti “Galaxy M31” smartfonunu təqdim edib

“Samsung” şirkəti 4 kameralı və 6000 milliamper/saat tutumlu batareya ilə təchiz edilmiş “Galaxy M31” sma

26/02/20
2019-cu ilin ən populyar smartfonu məlum olub

“Omdia” tədqiqat şirkətinin məlumatına görə, 2019-cu ildə ən çox satılan smartfon 2018-ci ildə təqdim edi

26/02/20
Kassasız və növbəsiz ilk supermarket istifadəyə verilib

ABŞ-da “Amazon” şirkətinin ilk tamamilə avtomatlaşdırılmış supermarketinin rəsmi açılışı olub. Kassa apar

26/02/20
Ağrı hiss edən robot nümayiş etdirilib

Yaponiyanın Osako Universitetinin mühəndisləri “Affetto” robotunun təkmilləşdirilmiş versiyasını təqdim e

26/02/20
Yeni optik rabitə texnologiyası “5G” protokolu üzrə məlumatların ötürülmə sürətini iki dəfə artıracaq

Koreyalı alimlər tərəfindən təqdim edilmiş yeni optik rabitə texnologiyası “5G” protokolu üzrə məlumat

26/02/20
Aİ-nin yeni qanun layihəsi smartfonların akkumulyatorunu əvəzləməyi sadələşdirəcək

Avropa Parlamenti istehsalçıları smartfon akkumulyatorlarının əvəzlənilməsini sadələşdirməyə məcbur edəcə

26/02/20
Süni intellekt üçün etik prinsiplər qəbul olunub

ABŞ Müdafiə Nazirliyi silahlanmada süni intellektdən istifadə üzrə etik prinsipləri rəsmən qəbul edib.

26/02/20
“Samsung” bükülən smartfonlar istehsalını dayandırıb

“Samsung” şirkəti Cənubi Koreyanın Kumi şəhərində yerləşən elastik smartfonlar istehsalı zavodunu müvəqqə

26/02/20
“iPhone” istifadəçilərinin fərdi məlumatları təhlükə altındadır

Proqramçı Tommi Misk “iOS” əməliyyat sistemi üçün əlavələrə “iPhone” və ya “iPad” qu