12px13px15px17px
Tarix:08/10/14

“Elektron hökumət” portalına inteqrasiya olunan e-xidmətlərin sayı 400-ə yaxınlaşır

"Elektron hökumət" portalı elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin təmin edilməsi üçün öz üzərinə düşən öhdəlikləri mərhələli şəkildə icra edir.
 
 
Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, hazırda portala 41 qurum üzrə 374 e-xidmət inteqrasiya edilib. Portalın istifadəsini rahat etmək, eyni zamanda istifadəçilərin irad və təkliflərinin öyrənilərək nəzərə alınması məqsədi ilə "Mənim xidmətlərim", "Əks Əlaqə", "Məktub Yaz", "Əlilliyi olan Şəxslər üçün Onlayn Müraciət", "E-gov Fikir Bankı" kimi istifadəçiyönümlü servislər portalda əhalinin istifadəsinə verilib.
 
 
Portal üzərindən təqdim edilən xidmətlərdən yararlanmaq üçün bir neçə autentifikasiya vasitələri seçilib və digər vasitələrlə yanaşı, bir qisim istifadəçilər əldə etdikləri kod-parol vasitəsi ilə portaldan istifadə edirlər.
 
 
Bu günə qədər Bakı üzrə 53851 vətəndaş kod-parol əldə ediblər ki, onlardan 49554-ü onlayn qeydiyyatdan keçib, 4297-i qeydiyyat mərkəzlərindən kod-parol alıblar.
 
Sumqayıt şəhəri üzrə ümumilikdə 7185 vətəndaş qeydiyyatdan keçib, onlardan 6796-sı onlayn qeydiyyatdan keçərək kod-parol əldə edib, qalan 389-u qeydiyyat mərkəzlərindən kod-parol alıblar.
 
Gəncə şəhəri üzrə isə 6671 nəfər onlayn qeydiyyatdan keçib, 274 nəfər qeydiyyat  mərkəzlərindən kod-parol alıblar.
 
Bu günə qədər ümumilikdə, 122701 istifadəçi qeydiyyatdan keçib, onların 114211 nəfəri onlayn qeydiyyatdan keçib, 8490 nəfəri isə qeydiyyat mərkəzlərindən kod-parol alıblar.
 
 
Qeyd edək ki, "Elektron hökumət" portalı e-xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, rahat, istifadəçiyönümlü interfeys əldə etmək üçün hazırda bir sıra innovativ metodlar üzərində işləməkdə davam edir.
 
 
CAHANGİR



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si