12px13px15px17px
Tarix:10/10/14

Tokio Məhkəməsi Yaponiya sakininin şikayəti üzrə “Google”a axtarış nəticələrini silmək göstərişi verib

Tokio Dairə Məhkəməsi ABŞ-ın “Google Inc” şirkətinə axtarış sisteminin verilənlər bazasından nəticələri silməklə bağlı göstəriş verib. Məhkəmənin qərarına əsasən, Yaponiya vətəndaşının şəxsi hüquqları pozulub. Bu haqda Yaponiya KİV-i yazıb.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu məsələ ilə bağlı məhkəmə çəkişməsi 2012-ci ildən davam edir. Yaponiya sakininin şikayətinə əsasən, onun adını axtarışa verdikdə “Google” iddiaçı ilə əlaqəsi olmayan cinayətlər haqda materiallara istinadlar göstərir. İddiaçı deyir ki, uğursuz təsadüf daima onun insanlarla münasibətini korlayır və artıq bir neçə dəfə onun işdən çıxarılmasına səbəb olub.

Məhkəmə internetdə zərərçəkmişin adı çəkilmiş 230 ayrıca nəşri araşdırıb və 120-nin axtarış sisteminin bazasından silinməsi haqda qərar qəbul edib.

“Google” bu məsələ ilə bağlı hələ ki heç bir tədbir görməyib. "Biz qərarın ətraflı məzmununu gözləyirik" – şirkətin nümayəndəsi bildirib. Bundan əvvəl “Google”dan bildirilib ki, bu cür informasiyanın axtarış bazasından silinməsinə mənfi yanaşırlar.

Emil Hüseynov



Baxış sayı: 935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si