12px13px15px17px
Tarix:28/10/14

Rusiyada müsəlmanlar üçün namazın vaxtını bildirən mobil telefon yaradılıb

Rusiya Müsəlman Qadınlar İttifaqının sədri Nailə Ziqanşina ümid edir ki, ilk dəfə olaraq Rusiyada müsəlmanlar üçün yaradılan və noyabrın sonunda satışa buraxılacaq “BQ İstanbul” mobil telefonuna ölkədə böyük tələbat olacaq.
 
Qurğunun yaddaşına müqəddəs Quran iki dildə - ərəb və rus dillərində dörd ən populyar tərcümələrdə daxil edilib. Rahat menyu lazımi mətni oxumaq üçün surələri sürətlə çevirməyə imkan verəcəkdir.
 
Telefonda həmçinin namaz vaxtı səs siqnalı verən əlavə quraşdırılıb: qurğu istifadəçinin olduğu ölkə və şəhər haqqında məlumatları təhlil edir, sonra namaz vaxtını müəyyənləşdirir və gündə beş dəfə namazın başlanmasını səs siqnalı vasitəsilə xatırladır.
 
“Çox şadam ki, belə telefonlar yaradılır və ixtiraçılarımız bir yerdə durub qalmırlar, müsəlmanların həyatını asanlaşdırmaq üçün yaxşı vasitələr fikirləşib tapırlar. Mənim telefonumda Quran var, amma bir dildə, burada isə artıq iki dildədir, yəni müqəddəs Quranı daha asanlıqla qavramaq mümkün olacaq”, - N.Ziqanşina deyib.
 
İstehsalçı şirkətdən bildiriblər ki, qurğu aşağı qiymət seqmentində olacaq ki, onu hamı ala bilsin, - “RİA Novosti” yazır.



Baxış sayı: 862

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024