12px13px15px17px
Tarix:31/10/14

“Instagram” xəbər lentində videoreklam göstərməyə başlayıb

“AdWeek” nəşri yazıb ki, fotoşəkil və qısa videoçarxların yerləşdirilməsi üçün “Instagram” xidməti istifadəçilərə xəbər lentində videoreklamların göstərilməsinə başlayıb.

“Instagram”ın nümayəndələri hələ ötən ilin payızında reklam satışlarına başlamaq planları haqda məlumat vermişdilər.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Instagram” 1.5 il əvvəl qısa videoçarxların dərc edilməsini işə salıb və bu funksiyanın pul gətirməsi məsələsi müəyyən vaxt tələb edib.
Güman ki, “Instagram” videoreklamı brendlərə daha baha qiymətə satır: avtomatik işə düşən 15 saniyəlik çarx formatı statik fotoşəkillə müqayisədə istifadəçinin diqqətini daha çox saxlaya bilər.

“Instagram” xidmətində videoreklam yerləşdirən birinci brendlərin  sırasında “Disney”, “Lancome”, “Activision” və “Banana Republic” var.

“Instagram” xidməti 2010-cu ildə istifadəyə verilib. Bu xidmət istifadəçilərə bir-biri ilə fotoşəkil və videoçarxlarla paylaşmağa imkan verir. “Instagram”ın mobil tətbiqindən 200 milyondan çox insan istifadə edir. 2012-ci ildən etibarən şirkət “Facebook” sosial şəbəkəsinə məxsusdur.

Emil Hüseynov



Baxış sayı: 765

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024