12px13px15px17px
Tarix:11/11/14

Bank olmayan kredit təşkilatı borcları onlayn ödəmək imkanı yaradan xidməti işə salıb

Azərbaycanın bank olmayan kredit təşkilatı “Merkuri” MMC  “AzeriCard” prosessinq mərkəzi ilə  birgə öz müştərilərinə kredit borclarını  şirkətin rəsmi səhifəsi vasitəsi ilə  onlayn ödəməyə imkanı yaradan xidmətini təqdim edib. 
 
“ICTnews” elektron xəbər xidmətinin prosessinq mərkəzinə istinadən verdiyi məlumata görə, kredit borclarını ödəmək üçün “www.merkuri.az”  səhifəsinə daxil olub “Onlayn kredit ödənişi” bölməsinə keçmək və tələb olunan məlumatı daxil etmək tələb olunur. Növbəti səhifələrdə  kredit kart məlumatlarını qeyd etmək lazımdır. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır.
 
Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit uzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək.
 
CAHANGİR



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024