12px13px15px17px
Tarix:01/12/14

2016-cı ilə dünyada LTE abunəçilərinin sayı 1,5 milyarda yaxınlaşacaq

Dördüncü nəsil şəbəkəsi planetin hər bir hissəsində aktiv inkişaf edir. Ən nəzərəçarpacaq artım Asiyada müşahidə olunur.
 
"Digitimes Research" tədqiqat şirkətinin proqnozuna görə, 2014-cü ilin sonunadək LTE xidməti istifadəçilərinin ümumi sayı 445 milyona çatacaq və 2016-cı ildə 1,466 milyardadək artacaq. Ekspertlər hesab edirlər ki, yaxın iki-üç ildə Çinin LTE bazarı həm istehlak, həm də korporativ seqmentdə kəskin templə artacaq.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü ilin birinci yarısının nəticəsinə görə, LTE abunəçilərinin çox hissəsi (58,8%) Cənubi Koreyada qeydə alınıb.
 
"Digitimes Research"in analitikləri, həmçinin qeyd ediblər ki, "Huawei" və "ZTE" kimi nəhəng LTE avadanlıq istehsalçıları xaricdə aktiv ekspansiya ilə məşğul olurlar və ehtimal ki, qlobal LTE bazarının gələcəyi onlardan asılı olacaq.
 
Emil Hüseynov




Baxış sayı: 1237

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024