12px13px15px17px
Tarix:10/12/14

“Horizon-2020” çərçivəsində “Enerji effektliyi”nə həsr olunmuş konfrans işə başlayıb

İtaliyanın paytaxtı Roma şəhərində Avropa Birliyinin “Horizon-2020” Proqramı çərçivəsində “Enerji effektliyi”nə həsr olunmuş “SET 20-Plan” (7th Strategic Energy Technology Plan) konfransı öz işinə başlayıb.
 
Azərbaycanı sözügedən tədbirdə AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, kimya elmlər doktoru, professor İslam Mustafayev təmsil edir.
 
 
Konfrans Avropa Komissiyası adından Avropa İttifaqı Şurasının İtalyan nümayəndəliyinin himayəsi ilə Yeni texnologiyalar, energetika və möhkəm iqtisadi inkişaf üzrə İtaliya Milli Agentliyi (ENEA) tərəfindən təşkil olunub. “SET 20-Plan”-da istixana qaz emissiyalarının azaldılması, bu aspektdə “aşağı karbon” iqtisadiyyatına nail olmaqla, Avropanın rəqabət gücünün artırılması, iqtisadiyyatda bərpa olunan enerjinin payının yüksəldilməsi, enerji səmərəliliyi üçün iddialı hədəflərin nəzərdən keçirilməsi kimi istiqamətlər müzakirə olunacaq.
 
Konfrans “SET Plan” üzrə Fəaliyyət Planının qəbulunu da nəzərdə tutur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024