12px13px15px17px
Tarix:11/12/14

“Wi-Fi” çaydan istehsal edilib

“Polaris” şirkəti “PWK 1792CGL” adlı “Wi-Fi” çaydan buraxıb. “iOS” və “Android” platformaları ilə işləyən smartfon və ya planşetin köməyi ilə bu çaydanı uzaq məsafədən idarə etmək olar.

Bunun üçün xüsusi hazırlanmış "Polaris. Ağıllı çaydan" mobil tətbiqini yükləmək lazımdır.
 
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, mobil tətbiq 12 avtomatik multiproqramdan ibarətdir. Proqramlar müxtəlif çay və qəhvə növlərinin dəmlənməsi üçün qaynadılmış suyun temperaturunu tənzimləməyə imkan verir. Məsələn, çay həvəskarları "Hind çayı" və ya "Puer" rejimini işə sala biləcək. Proqramı quraşdırmaq kifayətdir, su qaynadıqda mobil tətbiq bu haqda bildirəcək. Bu halda eyni zamanda iki qurğudan çaydana qoşulmaq olar. Mobil tətbiqin malik olduğu bir sıra faydalı seçimlər çaydandan rahat və əlverişli istifadəyə imkan verəcək. "Saf su" funksiyası çaydandakı mayenin vaxtının keçdiyini və onu dəyişdirməyi xatırladacaq. Suyun miqdarının avtomatik təyini çaydanı doldurmaq haqda bildirəcək.
 
Belə çaydan 2014-cü ilin dekabrında satışa çıxarılacaq.
 
Emil Hüseynov




Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2021

21/01/21
Yeni “Snapdragon 870” mobil prosessoru təqdim edilib

“Qualcomm” şirkəti bahalı smartfonlar üçün “Snapdragon 870” adlı yeni mobil prosessorunu təqdim edib. İ

21/01/21
“Microsoft” avtonom avtomobillər istehsalçısına 2 milyard dollar yatırıb

“Microsoft” korporasiyası ABŞ-ın “General Motors” konserninin avtonom avtomobillərin istehsalı ilə məşğul

21/01/21
Bu il kibertəhlükəsizlik sahəsində xərclər artmaqda davam edəcək

“Canalys” şirkəti 2021-ci ildə kibertəhlükəsizlik vasitələri bazarının inkişafı üzrə proqnoz açıqlayıb.

21/01/21
“Honor Smart Screen X1” televizoru buraxılıb

Yanvarın 20-dən 75 düym diaqonallı və “4К” formatlı (3840 × 2160 piksel) qabaqcıl “Honor Smart Screen X1”

20 01 2021