12px13px15px17px
Tarix:17/12/14

İndiyədək belə keyfiyyətli şəkil formatı mövcud olmayıb

Tanınmış fransız proqramçı Fabris Bellar “JPEG” şəkil formatı ilə müqayisədə daha yüksək keyfiyyət təmin edən yeni rəqəmli raster təsvir formatını hazırlayıb.
 
"Yeni formatın məqsədi keyfiyyət və ya faylın ölçüsü vacib olduqda “JPEG” formatını əvəz etməkdir" – Bellar öz saytının yeni formatla bağlı səhifəsində yazıb.
 
Proqramçı bildirib ki, “BPG” (Better Portable Graphics) “JPEG”-lə müqayisədə bir çox üstünlüyə malikdir.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, məsələn, yeni format daha yüksək sıxma dərəcəsini dəstəkləyir. Bu halda yeni format bir çox məsələlərdə “JPEG”-i təkrarlayır.
 
Vacib olan odur ki, “BPG” formatının müasir brauzerlərə inteqrasiyası çox asandır. Bunun üçün “BPG” formatlı təsvirlərin yerləşdirilməsi planlaşdırılan sayta 55 KB həcmində “JavaScript” kodu əlavə etmək kifayətdir.
 
Emil Hüseynov



Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024