12px13px15px17px
Tarix:24/12/14

Böyük Britaniyada qoyunlar “Wi-Fi” giriş nöqtəsi rolunu yerinə yetirəcək

Britaniyalı tədqiqatçılar kənd rayonlarında yüksəksürətli internetə çıxış yaratmaq üçün qoyunları “Wi-Fi” giriş nöqtələri ilə təchiz etməyi planlaşdırır. 2014-cü ilin yayında qoyunlar "Tur de Frans"da operator rolunu oynayıb.
 
“The Daily Mail” nəşri yazır ki, Lankaster Universitetinin professoru Qordon Bleyrin rəhbərliyi altında çalışan tədqiqatçılar qrupu Britaniyanın Uels bölgəsindəki qoyunlara “Wi-Fi” giriş nöqtələrinin quraşdırılma imkanını öyrənməyi planlaşdırır.
 
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, tədqiqatçıların fikrincə, belə addım ucqar kənd rayonlarının yüksəksürətli internetə çıxışı ilə bağlı problemini həll edə bilər. Bu layihəyə görə, qrupa 171,5 min funt-sterlinq məbləğində vəsait ayrılıb.
 
“Wi-Fi” modulları qoyunların hərəkətinin müşahidəsi üçün fermerlərin istifadə etdiyi rəqəmli boyunluğa quraşdırıla bilər.
 
Məlumat üçün bildirək ki, 2014-cü ilin iyulunda qoyunlar "Tur de Frans" velosiped yarışının çəkilişi üçün kamera ilə təchiz ediliblər. Qoyunlara quraşdırılmış kameralar uzaq məsafədən idarə olunub.
 
Bleyrin komandası internetdən başqa, ətraf mühitin çirklənməsi, daşqın və quraqlıqlar problemlərinin öyrənilməsi ilə məşğul olacaq.
 
2014-cü ilin sentyabrında dərc edilmiş “Global Competitiveness Report 2014-2015” hesabatına əsasən, Böyük Britaniya bir istifadəçi hesabı ilə internetə çıxış sürəti üzrə 7-ci pillədə qərarlaşıb.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 1429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024