12px13px15px17px
Tarix:30/12/14

“Bloomberg”: 2014-cü ildə dünyanın 400 ən zəngin insanının varidatı 92 milyard dollar artıb

Dünyanın ən nüfuzlu insanlarının ümumi kapitalı cari ildə 92 milyard dollar artıb. Bu haqda ABŞ-ın “Bloomberg” işgüzar xəbər agentliyi məlumat paylaşıb.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ABŞ xəbər agentliyinin qiymətləndirməsinə əsasən, planetin 400 zəngin insanının ümumi varidatı artıq təxminən 4,1 trilyon dollara yaxınlaşıb.  Çinin “Alibaba” internet şirkətinin təsisçisi və direktorlar şurasının sədri Cek Ma, “Dalian Wanda Group” investisiya şirkətinin sahibi Van Szyanlin, həmçinin “Berkshire Hathaway” investisiya holdinqinin rəhbəri Uorren Baffet zəngin insanlar arasında daha çox uğur əldə ediblər.
 
Cek Ma ötən il öz kapitalını 25,1 milyard dollar artırmağa nail olub. Beləliklə, “Bloomberg”in məlumatına görə, keçmiş ingilis dili müəllimi Asiyanın ən zəngin insanı olub.
 
Emil Hüseynov
 



Baxış sayı: 847

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024