12px13px15px17px
Tarix:05/09/11

215 milyon domen adı qeydiyyatdan keçib

Dünyanın ən böyük “DNS” operatoru “Verisign”-ın dərc etdiyi hesabatda qeyd olunub ki, cari ilin ikinci rübündə internetdə domen adlarının artımı birinci rüb ilə müqayisədə 2.5% təşkil edib.

“Verisign” bildirib ki, ikinci rübün sonuna internetin bütün domen zonalarında 215 milyon domen adının qeydiyyatdan keçdiyi hesablanıb. Ötən il ərzində qeydiyyatdan keçmiş domenlərin ümumi bazası 8,6% və ya 16,9 milyon domen artıb.

“.net” və “.com” domen adlarının ümumi bazası 110 milyonu ötüb. Bu göstərici isə ümumi domen bazasının yarısından çoxdur.

Qeydiyyatdan keçmiş domen müddətlərinin artırılması göstəricisi 73,1% təşkil edir, yəni hər 100 qeydiyyatdan keçmiş domendən 73-dən çoxunun müddəti ikinci il üçün artırılır.

Milli coğrafi domen zonalarında hal-hazırda 84,6 milyon domen qeydiyyatdan keçib. Ən böyük artım Braziliya, Avstraliya və İspaniyanın milli domenlərində qeydiyyata alınıb.

Bütövlükdə, ötən rüb ərzində ən böyük milli domenlərin siyahısı cüzi dəyişib. Almaniya “.de” zonası ilə bu siyahıya liderlik edir, sonra Böyük Britaniya (.uk) , Çin (.cn), Avropa Birliyi (.eu) və Rusiya (.ru) gəlir.



Baxış sayı: 1137

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si