12px13px15px17px
Tarix:15/01/15

“Microsoft” “Lumia” seriyasından ən ucuz smartfonunu nümayiş etdirib

“Microsoft” korporasiyası “Lumia” smartfon xəttinə ucuz “Lumia 435” modelini əlavə edib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Lumia Denim” yenilənməsinə malik “Windows Phone 8.1” platforması ilə işləyən “Lumia 435” smartfonu 4 düymlük 800x400 təsvir ölçülü maye kristal ekran, 1.2 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon 200” prosessoru və “Adreno 302” qrafik modulu ilə təchiz olunub. Satış qiyməti 81 dollardır.

Təqdim edilmiş qurğuda 1 QB əməli və 8 QB fləş yaddaş, 128 QB-dək “microSD” çıxarılıb taxılan yaddaş kartları üçün slot, iki kamera (2 meqapiksellik və 0,3 meqapiksellik) var.

“3G”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS/aGPS” simsiz rabitə modulları ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 1560 milliamper/saat təşkil edir və aparata danışıq rejimində 12 saat işləyəcək.

Qurğunun korpusunun qalınlığı 11,7 mm, çəkisi 134 qr-dır, “FM” radiosiqnalını dəstəkləyir.
“Microsoft Lumia 435” modeli 2015-ci ilin fevralında satışa çıxarılacaq.

Emil Hüseynov



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024