12px13px15px17px
Tarix:08/04/15

Azərbaycan nümayəndə heyəti XVIII Avrasiya İqtisadi Sammitində iştirak edir

 İstanbulda XVIII Avrasiya İqtisadi Zirvə Sammiti işə başlayıb. Mərmərə Qrupu Vəqfinin təşkil etdiyi zirvənin açılış toplantısına sədrlik edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov geniş Avrasiya bölgəsinin iqtisadi inkişafında Mərmərə Qrupu Vəqfinin böyük xidməti olduğunu deyib:
 
"Türkiyə və Azərbaycan hökumətlərinin Avrasiya İqtisadiyyat Zirvəsini dəstəkləmələri  böyük məmnuniyyət doğurur".
 
 
Zirvənin açılışında Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov prezident İlham Əliyevin məktubunu  oxuyub. Məktubda zirvə toplantılarının Avrasiya məkanındakı xalqlar və dövlətlər arasındakı münasibətlərin inkişafına xidmət etdiyini xatırladan prezident Əliyev, bölgədə gedən iqtisadi proseslərdə Azərbaycanın öncül rolundan bəhs edib. Böyük transmilli layihələrin icrasında əməli işlərin görülməyə başlandığına diqqəti cəlb edən  dövlət başçısı bu prosesdə TANAP və TAP layihələrinin və inşasının bu ilin axırında başa çatması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayıb. İlham Əliyev iyunda Avropa Oyunlarını, 2 ildən sonra isə İslam Olimpiadasını uğurla keçirmək əzmində olduqlarını bildirib.
 
 
 
Açılış toplantısında çıxış edən Mərmərə Qrupu Vəqfinin başqanı Akkan Suver zirvə toplantılarına verdiyi dəstəyə görə Azərbaycana xüsusi təşəkkür edib. O, Avrasiya ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsində Azərbaycanın xüsusi roluna diqqət çəkib: "Bakı-Tbilisi-Qars dəmir yolu və Mərmərə layihəsi tarixi İpək yolunun canlandırılması istiqamətində   mənim mənsub olduğum nəslin xəyallarının həyata keçirilməsinin real addımları olacaq".
 
 
 
A. Suver Mərmərə Qrupu Vəqfinin 30 illiyi münasibətilə xatirə poçt markası buraxılmasına verdiyi dəstəyə görə Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova təşəkkür edib.
 
 
 
XVIII Avrasiya İqtisadiyyat Zirvəsində Çernoqoriya, Bosniya-Herseqovina, Makedoniya və Moldovanın Qaqauz muxtar vilayətinin prezidentləri, Bolqarıstan, Moldova və Rumıniyanın keçmiş prezidentləri iştirak ediblər.
 
 
 
İki gün davam edən Zirvə toplantısında 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edib.
 
Sammit çərçivəsində "İpək yolu: iqtisadi, enerji və maliyyə", "Sülhə gedən yol", "İnsanlıq hara gedir?" mövzuları üzrə ayrı-ayrı bölmələrdə müzakirələr aparılıb.
 
Xatırladaq ki, 2014-cü ilin fevralında İstanbulda keçirilmiş XVII Avrasiya İqtisadi Zirvəsi çərçivəsində TANAP, TAP və "Şahdəniz-2" layihələrinin əhəmiyyəti, o cümlədən İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya layihələri, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri müzakirə olunub.
 



Baxış sayı: 1216

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Avqust 2020

06/08/20
“Huawei GameCenter” oyun mərkəzi analoji “Google” servisini əvəzləyəcək

“Huawei” şirkəti “GameCenter” oyun platformasını istifadəyə verib.

06/08/20
Korporativ sektorun İT sahəsində xərcləri azalıb

“Gartner” şirkəti bu il üçün korporativ informasiya texnologiyaları bazarının inkişafı üzrə yeni proqnoz

06/08/20
Yeni “Samsung” məhsulları təqdim olunub

“Samsung Electronics” şirkəti onlayn təqdimat zamanı bir neçə yeni qurğu təqdim edib. Nümayiş olunan məhs

05 08 2020

05/08/20
Operatorlar “5G” internetin real sürətini açıqlayıblar

Dördüncü nəsil mobil şəbəkələrlə müqayisədə “5G” baza stansiyaları qoşulma sürətinin xeyli

05/08/20
Göydələnlərdə alovla mübarizə aparan yanğınsöndürən dron təqdim edilib

Hava taksisi kimi istifadə edilməsi planlaşdırılan sürücüsüz idarə olunan sərnişin dronu ilə tanınan Çini

05/08/20
“Google” smartfonlar üçün “Nearby Sharing” fayl paylaşma texnologiyasını istifadəyə verib

Bir neçə ay davam edən sınaqlardan sonra “Google” şirkəti “iPhone” smartfonlarında populyar olan

05/08/20
“Toshiba” 320 milyon dollar dəyərində yeni elmi tədqiqat mərkəzi tikəcək

“Toshiba” şirkəti Yaponiyada süni intellekt və kibertəhlükəsizlik texnologiyalarının hazırlanmasında ixti

05/08/20
“LG” şirkəti ən yeni “OLED” ekran texnologiyalarını nümayiş etdirib

Cənubi Koreyanın “LG” şirkəti “Society for Information Display” (SID) virtual konfransı çərçivəsində ü

05/08/20
Kompüter “maus”unun ixtiraçısı dünyasını dəyişib

ABŞ-da ilk kompüter “maus”unun yaradıcılarından biri olan Uilyam İnqliş 92 yaşında nəfəs çatışmazlığından

05/08/20
“Samsung” Çində fərdi kompüterlər istehsalını dayandırır

“Samsung Electronics” şirkəti fərdi kompüterlərin istehsalını Vyetnama köçürməsi ilə əlaqədar Çində onl

05/08/20
“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktel

05/08/20
“iPhone 12” smartfonu hissə-hissə buraxılacaq

Yeni “Apple” smartfonları satışa hissə-hissə çıxarılacaq. Bu barədə “MacRumors” nəşrinin “DigiTimes”