12px13px15px17px
Tarix:09/04/15

Azərbaycanda ilin əvvəlindən 505 sanksiyalaşdırılmamış insident qeydə alınıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə mart ayında 130 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 
"ICTnews" xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə,
qeyd edilən insidentlərin 117-nin qarşısı alınıb. Bu ilin fevral ayı ilə müqayisədə insidentlərin sayı 32 faiz azalıb. Bu ilin əvvəlindən ölkədə 505 sanksiyalaşdırılmamış insident qeydə alınıb.

Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına mart ayında 7 audit raportu göndərilib, bu da fevralda həyata keçirilmiş auditlərin sayından 87,7 faiz azalıb.
 
Ötən üç ay ərzində “cert.gov.az” tərəfindən yeni domen qeydə alınmayıb, subdomenlərin sayı isə yanvarda 6, fevralda isə 5 subdomen təşkil etdiyi halda, martda qeydə alınmayıb.
 
 Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin qarşısı alınıb.


Aynur Vəliyeva



Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024