12px13px15px17px
Tarix:10/04/15

Avstriyada 25 min istifadəçi “Facebook”u məhkəməyə verib

Avstriyada 25 min istifadəçi “Facebook” sosial şəbəkəsinə qarşı kollektiv iddia qaldıraraq onu istifadəçi informasiyasının məxfiliyi sahəsində Avropa qanunvericiliyini pozması ilə əlaqədar məhkəməyə verib. İşə Vyana Məhkəməsi tərəfindən baxılacaq.
 
İddiaçılar “Facebook”un onların fərdi məlumatlarını toplamasından və istifadə etməsindən şikayətçidirlər.
 
Fərdi məlumatların mühafizəsi məsələləri ilə məşğul olan hüquqşünas Maks Şremsin rəhbərliyi altında təşəbbüs qrupu tərəfindən tərtib olunan iddia sosial şəbəkənin Dublində yerləşən baş ofisinə qarşı sürülüb. Şirkətin bu mənzil-qərargahı ABŞ və Kanadadan kənarda hesabların qeydiyyata alınmasına məsuliyyət daşıyır. 
 
İddiaçılar həmçinin bildiriblər ki, sosial şəbəkə istifadəçilər başqa saytlarda “Facebook”un “Like” düyməsindən istifadə edən zaman onları izləməklə qanunu pozur. Bu səbəbdən onlar şəbəkədən adambaşına 540 dollar məbləğində kompensasiya almaq niyyətindədirlər. Beləliklə, məhkəmə iddianı tam təmin etsə, “Facebook”un ödəyəcəyi kompensasiyanın ümumi məbləği 13,5 milyon dollar təşkil edə bilər.
 
“Facebook” nümayəndələri məsələyə hələ ki münasibət bildirməyiblər, - “Lentayazır.



Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024