12px13px15px17px
Tarix:24/04/15

İtaliya şirkəti süni göz yaradır

Təsəvvür edin ki, gözümüz bizi əhatə edən dünyanı yalnız rəngli deyil, həm də ağ-qara şəkildə göstərir və bu, birbaşa bizim elektron cihazlara ötürülür. Və ya təsəvvür edin ki, o qədər iti görmə qabiliyyətinə maliksiniz ki, çox uzaq məsafədə belə ən xırda detalları asanlıqla ayırd edə bilirsiniz.

İtaliyanın “Mhox” tədqiqat şirkəti ümid edir ki, onun “EYE” onun layihəsi çərçivəsində yaradılacaq yeni süni gözlər sayəsində gələcəkdə bizim belə qabiliyyətlərə malik olmağımız mümkün olacaq. Süni gözlərin istehsalı xüsusi “3D” bioprinterlərində həyata keçiriləcək.

"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, sözügedən layihənin elmi fantastika kimi səslənməsinə baxmayaraq, onun 2027-ci ilin yanvarına kimi reallaşdırılması planlaşdırılıb. “Mhox” tədqiqat şirkəti artıq konsepsiyanı yaradıb.

“EYE” (“Enhance Your Eye”) layihəsi üç əsas aspektdən ibarətdir: “EYE Heal”, “EYE Enhance” və “EYE Advance”. İlk iki aspekt insan gözünün yeni funksiyalarla (müxtəlif vizual filtrlər, vizual təsvirin ötürülməsi imkanı, həmçinin görmə itiliyinin dəfələrlə artımı) təchizini, sonuncu aspekt isə qüsurlu göz almasının yeni süni göz protezi ilə tam əvəzlənməsini nəzərdə tutur. Bu halda hər bir aspekt insana yeni gələcək torlu qişanın forma və rəngində geniş seçim təklif edəcək.

“Mhox” şirkətinin nümayəndəsinin fikrincə, müxtəlif tipli "mürəkkəbə" malik xüsusi “3D” bioprinterlərin sayəsində yeni süni gözlərin istehsalı mümkün olacaq. Qeyd edək ki, bu layihə hələ ki yalnız konseptual şəkildə mövcuddur.

“Mhox” şirkətinin əsas dizayneri Filippo Nasetti bildirib ki, yeni süni gözün insana implantasiyası göz almalarının cərrahi müdaxilə nəticəsində çıxarılması və xüsusi süni əlaqələndirici implantatın  quraşdırılması ilə başlanacaq, sonuncu beyindəki optik sinirlə yeni süni gözün əzələ liflərini birləşdirəcək. Süni orqanın daha müasiri ilə tez və asan əvəzlənməsi bu implantatın əsas özəlliyi olacaq.

Emil Hüseynov



Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Fevral 2020

29/02/20
“Google” yeni ofis və data mərkəzlərinin inşasına 10 milyard dollar xərcləyəcək

“Google” şirkəti 2020-ci ildə ABŞ-da yeni ofis və data mərkəzlərinin tikintisinə 10 milyard dollar sərf e

29/02/20
“Samsung” yeni nəsil enerjiyə qənaətcil “OLED” ekranlar təqdim edib

“Samsung” şirkəti az enerji sərfiyyatı ilə seçilən yeni nəsil “OLED” displeylərin buraxılışına başlayıb.

29/02/20
Altı nanometrlik ilk “5G” prosessor təqdim edilib

Çinin “UNISOC” prosessor istehsalçısı “Tiger T7520” smartfonları üçün 6 nanometrlik texno

28 02 2020

28/02/20
“Android”in yeniləməsi “Xiaomi” smartfonlarında nasazlıq yaradıb

“Xiaomi Mi8” smartfonunun istifadəçiləri “Android”in yenilənməsindən sonra işçi masasının yoxa çıxm

28/02/20
“Facebook” koronavirusa görə tərtibatçılar üçün konfransı ləğv edib

“Facebook”un tərtibatçılar üçün illik konfransı koronavirusun yayılması təhlükəsinə görə ləğv edil

28/02/20
“USB Fast Charger” sertifikasiyasından keçən ilk smartfon məlum olub

“USB” interfeysləri üçün standartların hazırlanmasına məsuliyyət daşıyan “USB Implementers Forum” (USB-

28/02/20
“Wi-Fi” boşluğu milyardlarla qurğunu təhlükə altında qoyub

“Cypress” və “Broadcom” şirkətlərinin istehsal etdiyi “Wi-Fi” çiplərində milyardlarla qurğunu dinləmə

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza