12px13px15px17px
Tarix:09/09/11

“Google” restoranlarla bağlı məzmun nəşriyyatı ilə məşğul olan şirkəti satın alıb

“Google” restoranlarla bağlı məzmun nəşriyyatı ilə məşğul olan “Zagat” şirkətini əldə etməsi ilə bağlı məlumat yayıb. Bu, ekspertlər üçün gözlənilməz olub.

“Zagat” şirkəti Qərb bazarında restoranların icmalları ilə və restoran müəssisələrinin şəxsi reytinqini tərtib etməklə tanınır.

Gələcəkdə “Google” xidmətlərində “Zagat” şirkətindən icmallar və restoranların reytinqləri haqqında məlumatlar olacaq.

Məlumat üçün bildirək ki, “Zagat” şirkətinin əsası 1979-cu ildə qoyulub və bütün dünya üzrə 100-dən çox şəhər üçün restoran və əyləncə bələdçilərinin (turistlər üçün soraq kitabçalarının) çıxarılışı ilə məşğul olur. Həmçinin şirkət 30 bal şkala üzrə hesablanan şəxsi reytinqə malikdir.

“Google” “Zagat”la əməkdaşlıq etməyi və bu şirkətin məzmununu şəxsi axtarış sisteminə və “Google Maps”a birləşdirməyi planlaşdırır. Analitiklər bildiriblər ki, son illər ərzində “Zagat” şirkəti öz yerini yeni nəslin “Yelp”, “TripAdvisor” və ya “Urbanspoon” kimi tövsiyə edilən xidmətlərinə güzəştə gedərək bir qədər ikincidərəcəli plana keçib.

Şirkətin yaradıcıları “Nina” və “Tim Zaqat” şirkəti 2008-ci ildən satmağa çalışırdılar, lakin iqtisadi böhrana görə alıcı tapa bilmədilər. “Zaqat” şirkətinin “Google”-a satış məbləği haqda məlumat verilmir.



Baxış sayı: 2004

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024