12px13px15px17px
Tarix:25/05/15

Mark Sukerberqi "üçüncü dünya" ölkələrinin problemləri üzərindən varlanmaq cəhdində ittiham edirlər

Kim düşünərdi ki, pulsuz internet bu qədər etiraz yarada bilər? Məhz "Facebook" tərəfindən təsis edilmiş "Internet.org" layihəsi belə vəziyyətlə qarşılaşıb. Sözügedən layihə inkişaf etməkdə olan ölkələrin sakinlərini simsiz internetə çıxışla təmin etməyi qarşısına məqsəd qoyub.
 
Eyni zamanda opponentlər bu layihəni "iqtisadi irqçilik" adlandıraraq "Facebook" və onun tərəfdaşlarını "üçüncü dünya" ölkələrinin problemləri üzərində varlanmaq cəhdində ittiham edirlər. Nə üçün?
 
"Internet.org" layihəsi Hindistan, Keniya və İndoneziya kimi bir sıra ölkələrdə istifadəçilərin mobil qurğuların köməyilə "Facebook", "Vikipediya" kimi bir sıra saytlardan pulsuz istifadəsinə imkan verir.
"Facebook"un layihə üzrə tərəfdaşları olan operatorlar isə pulsuz trafik təqdim edirlər.
 
"Facebook" nümayəndələri həmişə bildirib ki, bu təşəbbüs bütün iştirakçılar üçün əlverişlidir: istifadəçilər faktiki olaraq pulsuz internetdən istifadə edir; operatorlar yeni müştəri qazanır ki, sonuncular zaman keçdikcə pullu tarifdən istifadəyə keçə bilər; "Facebook" ilk dəfə İnternetdən istifadəyə başlayan ölkələrdən yeni istifadəçilər özünə cəlb edir.
 
Ancaq opponentlər "Facebook"u "şəbəkə bitərəfliyi" haqda qanunun prinsiplərini pozmaqda ittiham edir. Belə ki, bu qanuna əsasən, operator və provayderlər istənilən trafiki eyni şərtlər daxilində təqdim etməlidir. "Facebook" ABŞ-da bu prinsipi dəstəkləyir, amma başqa ölkələrdə onu aktiv şəkildə pozur. Məhz buna görə sosial şəbəkə "iqtisadi irqçilik" adına "layiq görülüb".
 
Ancaq qeyd edək ki, "Facebook" heç bir qanunu pozmur. Belə ki, ABŞ-dan fərqli olaraq Hindistanda "şəbəkə bitərəfliyi" haqda qanun yoxdur. Ancaq bu ölkədə "Internet.org" layihəsinə qarşı aktivistlərin etirazını bir milyondan çox insan dəstəkləyib və bundan sonra Hindistanın bəzi şirkətləri Mark Sukerberqin xidmətilə əməkdaşlıqdan imtina edib.
 
Tənqidçilər iddia edir ki, saytların pullu və ya pulsuz olacağını müstəqil müəyyənləşdirən "Facebook" bununla innovasiyaların inkişafına mane olur. Sadə dillə desək, bu halda sahibkarlar üçün hansısa bir sosial layihə yaratmağa maraq olmayacaq, çünki hamı üçün pulsuz "Facebook" sosial şəbəkəsindən istifadə mümkün olacaq. Bu halda "Facebook" qeyri-bazar mexanizmləri hesabına rəqibsiz olur. Bu arqument xüsusilə Hindistanda populyardır, orada ənənəvi olaraq telekommunikasiya provayderlərini sevmirlər, onu innovasiya və internet startapların "düşməni" hesab edirlər.
 
 
 
 
Mark Sukerberqin cavabı

 
"Facebook"un qurucusu cari ilin aprelində "Hindustan Times" qəzeti üçün yazdığı məqalədə qeyd edir ki, rəhbəri olduğu şirkət açıq internetin prinsiplərinə inanır və "Internet.org" bu istiqamətdə atılmış düzgün addımdır.


Bununla belə, "Facebook" "şəbəkə bitərəfliyi"nin müdafiəçilərinin arqumentlərinə cavab olaraq gözlənilməz addım atdı: mayın əvvəlində "Internet.org" layihəsini tərtibatçılar üçün açaraq onu platformaya çevirib. İndi istənilən tərtibatçı öz saytını və ya mobil proqramını pulsuz paketə əlavə edə bilər və təqdir olunan xidmətlər, həmçinin pulsuz olacaq. Yeni xidmətlərin əlavə edilməsi proseduruna yayda start veriləcək.

Emil Hüseynov
 

 
 
 
 



Baxış sayı: 342

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Avqust 2020

02 08 2020