12px13px15px17px
Tarix:03/06/15

İstifadəçilərin dörddə üçü “Gmail” poçtuna mobil qurğulardan daxil olur


"Google I/O" konfransında "Google" şirkətinin baş vitse-prezidenti Sandar Pikay bildirib ki, artıq istifadəçilərin 75 faizi "Gmail" elektron poçtuna planşet və ya smartfon kimi mobil qurğular vasitəsilə daxil olur. Bu, bir daha sübut edir ki, fərdi kompüterlər tədricən kütləvi istifadə üçün aktuallığını itirir.
 
S.Pikay poçt servisi haqqında bir sıra maraqlı rəqəmlər açıqlayaraq qeyd edib ki, hazırda elektron poçt istifadəçilərinin sayı 900 milyon nəfərə çatıb. Bu, göstəricinin 425 milyon olduğu 2012-ci ildən iki dəfə çoxdur. Bu templərlə "Gmail"in bu il bir milyard istifadəçi sayına nail olacağı gözlənilir.
 
ABŞ-da ən populyar poçt servisi olan "Gmail" 2012-ci ildə uzun müddət liderlik edən "Hotmail" poçt xidmətini (hazırkı Outlook.com) geridə qoyub.
 
Uğuru və çoxlu sayda istifadəçinin olmasını nəzərə alan "Google" poçt servisində köklü dəyişikliklər etməyi düşünmür, - "Telekomza" yazır.



Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024