12px13px15px17px
Tarix:10/06/15

İçkili sürücülərə avtomobili işə salmağa mane olan sistem yaradılıb

“DADSS” (Driver Alcohol Detection System for Safety) sistemi sürücü içkili olduğu zaman avtomobili işə salmağa mane olacaq.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, sistem avtomobilin sükan sütununa, ya da yan divarına quraşdırılır və salondan hava alır.
 
Alınan hava ölçüləri üzrə sürücünün qanında alkoqolun səviyyəsinin 0,8 promildən çox olduğunu göstərdiyi halda, mühərrikin işə salma sistemi bloklanır.
 
“DADSS” sistemi Amerikanın NHTSA xidməti tərəfindən kommersiya tətbiqi üçün tövsiyə edilib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024