12px13px15px17px
Tarix:13/06/15

Planşetlər üçün “Sputnik” brauzeri təqdim edilib

Rusiyanın “Rostelekom” milli rabitə operatoruna məxsus “Sputnik” şirkəti "Android” və “iOS” əməliyyat sistemlərinin idarəetməsilə işləyən planşet kompüterlər üçün eyniadlı brauzer təqdim edib.
 
Bildirilir ki, proqram virus, spam, fırıldaqçılıq saytları və digər internet təhdidlərindən yüksək mühafizəsi ilə seçilir. Brauzer “uşaq” rejiminə malikdir ki, bunun da sayəsində valideynlər uşaqların arzuolunmaz kontentdən istifadəsini məhdudlaşdıra bilərlər.
 
“iPad” və “Android” sistemli planşetlər üçün nəzərdə tutulan brauzer şəbəkədə brauzer üçün adi axtarış, ayrı-ayrı səhifələrin seçilmişlərə əlavə olunması və sonradan onlara baxmaq üçün saxlanılma funksiyaları ilə yanaşı, “QR” kodları oxuya, tarixçəni saxlamadan “görünməz” rejimdə işləyə və sosial şəbəkələrdə, messencer və elektron poçtla linkləri paylaşa bilir.
 
Brauzerin əsas səhifəsində aptek axtarışı, “Mənim evim” sorğusu, dövlət xidmətləri haqqında informasiya və s. yer alıb. İstifadəçi arzusuna görə səhifəni öz maraq və tələblərinə uyğun qura bilər.
 
“Sputnik” brauzerini “Apple App Store” və “Google” əlavələr mağazasından yükləmək olar. Proqram pulsuz yayılır və əlavə ödənişlər (in-app purchases) tələb olunmur, - "DailyComm” yazır.
 



Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024