12px13px15px17px
Tarix:20/06/15

Böyük Britaniya əhalisi saxta onlayn icmal və sorğular təhlükəsi ilə qarşılaşıb

Böyük Britaniyada onlayn sorğular keçirən saytlar müştəriləri aldadırlar.
 
Ölkənin rəqabət və bazar departamenti bildirib ki, bir sıra saytlar sorğularında neqativ rəyləri nəşr etmirlər. Beləliklə, internet-icmal və sorğuların nəticələri əsasında qərar qəbul edən  milyonlarla insanları aldadıblar.
“Bir qrup insanlar daha yaxşı  istirahət yerləri, daha keyfiyyətli məişət avadanlıqları ilə bağlı sorğuların nəticələri ilə tanış olaraq qərar qəbul edirlər. Artıq biz istehlakçı hüquqlarının qorunması ilə bağlı tədbirlər görmək niyyətindəyik”, - deyə departamentin baş direktoru Nişa Arora bildirib.
 
Həyata keçirilmiş araşdırmanın nəticəsində məlum olub ki, Böyük Britaniyanın yetkin əhalisinin yarısından çoxu bir məhsulu və ya xidməti almadan öncə onlayn icmallara müraciət edir. Bunlar “TripAdvisor Inc.” və  “Amazon.com Inc.” tərəfindən idarə edilən saytlardır. Bu saytlarda potensial müştərilər istifadəçilərin rəyləri və reytinqlərlə tanış ola bilərlər.
 
Aynur Vəliyeva



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024