12px13px15px17px
Tarix:14/07/15

Daxili İşlər Nazirliyinin elektron xidmətinin inzibati reqlamentində dəyişiklik edilib

Daxili İşlər Nazirliyinin Kollegiyası “Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.

 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliyə əsasən, elektron xidmətin göstərilməsi üçün digər sənədlərlə yanaşı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsinin skan edilmiş surəti tələb olunaq.

 
İnzibati reqlamentin dəyişiklik edilən 2.6.1-ci yarımbəndinin 4-cü hissəsi əvvəlcə “Nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsinin skan edilmiş surəti” redaksiyasında verilmişdi.
 
CAHANGİR
 
 



Baxış sayı: 1194

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024