12px13px15px17px
Tarix:13/09/11

Azərbaycanın internetə qoşulma tariflərinin növbəti azalması müşahidə olunur

AzStarNet və SmartSystems şirkətləri ADSL texnologiyası üzrə internet şəbəkəsinə qoşulma tariflərini endiriblər.

AzStarNet-in yeni tarifləri üzrə limitsiz ADSL-çıxışın aylıq abunə haqqı buraxılma qabiliyyətindən asılı olaraq (2-dən 16 Mbit/saniyəyədək) 20-dən 150 manata qədər civarındadır.

AzStarNet şirkəti ofisə gəlmədən internet-xidmətlər onlayn qoşulma imkanı da təqdim edir. SmartSystems şirkəti də qüvvədə olan tarif planlarının sürətinin artırılması barədə məlumat verib.

Provayderin tarif şəbəkəsində buraxılış qabiliyyəti təxminən iki dəfə artırılıb və sürətindən asılı olaraq (2,5 Mbit/s-dən 8 Mbit/s-dək) müvafiq olaraq 20 manatdan 100 manatadək qiymət təyin edilir.

İnternet xidmətləri üzrə tariflərin azalması, ilk növbədə, bu yaxınlarda ilkin provayder DeltaTelecom-un provayderlərə beynəlxalq rabitə kanallarının icarəsinə görə 60 faizlik endirim təqdim etməsi qərarı ilə bağlıdır.

Bu da öz növbəsində provayderlərə ADSL xidmətləri üzrə qiymətləri xeyli azaltmağa, istifadəçilərə daha sərfəli tariflfər təqdim etməyə imkan verir. Sentyabrın əvvəlindən genişzolaqlı çıxış üzrə tariflər "Ultel" şirkəti tərəfindən də azaldılıb.



Baxış sayı: 2085

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024