12px13px15px17px
Tarix:24/07/15

Cənubi Koreya şirkəti elastik ekran seqmentinə 1 milyard dollar yatırır

“LG” şirkəti gələcəyin smartfonlarını elastik qurğular kimi görür.

Koreya istehsalçısı bu yeniliyi reallığa çevirmək üçün təxminən 1 milyard dollar xərcləməyə hazırdır. “Wall Street Journal” qəzeti yazır ki, “LG Display” Cənubi Koreyada elastik ekranların istehsalı üzrə yeni zavodun tikintisini planlaşdırır.
 
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “LG” şirkəti iki ildə sözügedən layihəyə 907 milyon dollar sərmayə yatırmağa hazırlaşır.
 
Məlumat üçün bildirək ki, “LG Display” artıq elastik ekranların istehsalı təcrübəsinə malikdir. Şirkət cari ilin mayında 55 düymlük “OLED” ekran təqdim edib. Ekranların 22 düymlük versiyası 2014-cü ildə istehsal edilib.
 
“LG”-nin elastik ekranlarının isə 2017-ci ildə əlçatan olacağı gözlənilir.
 
Emil Hüseynov
 



Baxış sayı: 342

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Sentyabr 2020

26 09 2020

26/09/20
“Sualtı “Wi-Fi” yaradılıb

“Hydromea” şirkətinin tədqiqatçıları “LUMA” adlı yeni simsiz məlumat ötürmə texnologiyası

26/09/20
Pandemiya fonunda smartfonların orta qiyməti 10 faiz bahalaşıb

“Counterpoint Technology Market Research” şirkəti bu ilin ikinci rübündə dünya smartfonlar bazarında vəzi

26/09/20
“Windows 10” sisteminin beta versiyasında “Zoom” proqramının analoqu test edilir

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin yeni versiyasının testlərinə başlayıb. Beta v