12px13px15px17px
Tarix:15/08/15

“Samsung” ən tutumlu fləş daşıyıcı təqdim edib

“Samsung Electronics” şirkəti Kaliforniyada keçirilmiş “Flash Memory Summit” tədbirində bazarda mövcud olan ən tutumlu (2.5 düym form--faktorunda 15 TB) sərtgövdəli daşıyıcını təqdim edib.
 
Müqayisə üçün, bazarda müvafiq form-faktora malik və “Western Digital” şirkəti tərəfindən buraxılmış ən tutumlu sərt diskin həcmi 10 TB-dır.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, 15.36 TB tutumunda “Samsung PM1633a”  daşıyıcısı korporativ sifarişçilər üçün, məlumat mərkəzlərində məlumatların saxlanılması sistemlərinə quraşdırılmaq üçün nəzərdə tutulub.
 
“Samsung” şirkəti “Flash Memory Summit” tədbirində 48 ədəd “PM1633a” daşıyıcısından ibarət server konfiqurasiyasını nümayiş etdirib. Konfiqurasiyanın ümumi tutumu 768 TB təşkil edib.
 
Emil Hüseynov




Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024