12px13px15px17px
Tarix:04/09/15

Turizm informasiya mərkəzlərinin fəaliyyətinin və sayının artırılması planlaşdırılır

Azərbaycanda turizm informasiya mərkəzlərinin artırılması zərurətinin yaranması ilə bağlı bu mərkəzlərin sayının artırılması nəzərdə tutulur.
 
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu il Bərdə, Qəbələ, İsmayıllı və Qusar rayonlarında dörd yeni turizm informasiya mərkəzi yaradılıb.
 
Yaxın zamanda Şəmkir və Mingəçevirdə daha iki  turizm informasiya mərkəzlərinin təşkili planlaşdırılır.
 
Qeyd edilən mərkəzlərdə yalnız onların yerləşdiyi rayon və ya şəhərin təbliği ilə deyil, həmçinin əhatə dairəsində olan regionla bağlı iş aparılacaq. Bu qurumların yaradılmasının əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, informasiya texnologiyaları vasitəsilə bu regionların turizm potensialı haqqında məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır.
Mərkəzlərin internet saytları vasitəsilə dünyanın hər bir yerindən insanların bölgənin istənilən yerində rahat şəkildə özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş vermək imkanı olmalıdır.
 
Turizm informasiya mərkəzlərinin işində effektivliyin artırılması məqsədilə yeni turizm marşrutlarının yaradılması, təbliğat sahəsində həm çap, həm də internet resurslarından geniş istifadə olunması nəzərdə tutulub.
 
Bu gün Bakıdan başqa, ölkənin şəhər və rayonları üzrə (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran)  12 turizm informasiya mərkəzi fəaliyyət göstərir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 396

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si