12px13px15px17px
Tarix:16/09/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində SPECA-TASİM-CAREC İşçi Qrupunun ilk toplantısı keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nazir müavini Elmir Vəlizadənin sədrliyi ilə Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılmış SPECA-TASİM-CAREC İşçi Qrupunun birinci toplantısı keçirilib.
 
İqtisadiyyat və Sənaye, Maliyyə, Xarici İşlər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nümayəndələrindən ibarət İşçi Qrupun  iclasında Elmir Vəlizadə “Trans Avrasiya Super İnformasiya Magistralı”nın (TASİM) region üçün vacibliyindən danışaraq, layihənin 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs olduğunu vurğulayıb.
 
Nazir müavini layihənin beynəlxalq aləmdə böyük maraq doğurduğunu, bu maraqdan irəli gələrək, BMT Baş Assambleyasının 21 dekabr 2009-cu il tarixli və 21 dekabr 2012-ci tarixli 64 və 66-cı sessiyalarında BMT üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə TASİM layihəsi ilə əlaqədar qətnamələrin, 4 sentyabr 2013-cü il tarixində isə BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən Avrasiya rabitə alyansının təsis edilməsi üzrə təklifin dəstəklənməsi barəsində qətnamənin qəbul edildiyini nəzərə çatdırıb.
 
Beynəlxalq miqyasda böyük dəstək qazanmış layihə üzrə gələcək fəaliyyət planına da aydınlıq gətirən E.Vəlizadə bu istiqamətdə SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq layihəsi) ilə əməkdaşlığın genişləndirilməsini vacib sayıb.
 
 
Daha sonra TASİM layihəsi katibliyinin rəhbəri Zaur Həsənov layihə barədə geniş təqdimatla çıxış edib, layihənin icra vəziyyəti ilə bağlı İşçi Qrupun üzvlərini məlumatlandırıb. Qeyd edilib ki, Asiya ilə Avropa arasında informasiya tranziti  üçün xidmət edəcək TASİM regionda rəqəmli fərqliliyin aradan qaldırılmasında yeni imkanlar açacaq, bununla da region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək. Təqdimatdan sonra görüş layihə ətrafında müzakirələrlə davam etdirilib, iştirakçılar SPECA-TASİM-CAREC təşəbbüsü ilə bağlı baxışlarını paylaşıblar.
Toplantıda, həmçinin İşçi Qrupun (İQ) rəsmiləri müəyyənləşdirilib, o cümlədən İQ-ə sədrlik rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadəyə həvalə olunub.
 
 
Görüşün sonunda SPECA-TASİM-CAREC təşəbbüsünə dair Fəaliyyət Planının hazırlanması və qarşıdakı tədbirlərdə təşviqi, eyni zamanda təşəbbüsə dair müvafiq konsepsiyanın hazırlanması, qeyd edilən məsələlərin İşçi Qrupunun növbəti toplantısında yenidən müzakirəyə çıxarılması qərara alınıb.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 1130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.