12px13px15px17px
Tarix:29/09/15

“Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış” forması Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib

Daxili İşlər Nazirliyinin kollegiyası “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış”ın formasını təsdiq edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən hüquqi akt Hüquqi Aktların Dövlət Reyestrinə bu gün daxil olunub.
 
Formanın təsdiqi ilə bağlı qərar sentyabrın 30-dan qüvvəyə minir.
 
Qeyd edək ki, qərar “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
 
CAHANGİR



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024