12px13px15px17px
Tarix:11/11/15

«Panasonic» dünyada ilk təhlükəsiz hibrid noutbuk nümayiş etdirib

Hazırda bazarda özündə noutbuk və planşet funksionalını birləşdirən bir çox hibrid qurğu mövcuddur və bəzi şirkətlər ekstremal şəraitdə işləmək üçün nəzərdə tutulmuş leptop və planşetlər istehsal edir.

«Panasonic» şirkəti bir addım da irəli gedərək çıxarılıb taxılan ekrana malik təhlükəsiz «Toughbook 20» noutbukunu nümayiş etdirib.
 
 
«Toughbook 20» noutbuku 1920x1080 piksel təsvir ölçülü 10.1 düymlük diaqonala malik sensor ekran, ikinüvəli «Intel Core m5-6Y57» prosessoru, 8 QB əməli yaddaş, 128 və ya 512 QB daxili yaddaşla təchiz olunub. Əsas kameranın təsvir ölçüsü 8 MP, ön kamera isə 2 MP təşkil edir.
 
 
«Windows 10» əməliyyat sistemi ilə işləyən qurğu möhkəm korpusla təchiz olunub və yerə düşmə, vibrasiya, yüksək temperatur, elektromaqnit şüasına, «MIL-STD-810G», «MIL-STD-461F» və «IP65» standartları üzrə su və çirkə qarşı  dayanıqlıdır. Belə ki, noutbuk 180 sm hündürlükdən yerə düşməyə davamlıdır və 60 dərəcə selsi temperaturda işləyə bilir.
 
Noutbukun çəkisi 1,76 kq-dır. «Toughbook 20» noutbuku «Wi-Fi», «LTE» və «GPS» modulları, «SD» və «microSD» yaddaş kartları üçün konnektorlarla təchiz olunur.
 
 
«Panasonic Toughbook 20»-nin növbəti ilin fevralında satışa çıxarılması nəzərdə tutulub və dəyəri 3100 ABŞ dolları təşkil edəcək.
 
 
Emil Hüseynov



Baxış sayı: 536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024