12px13px15px17px
Tarix:25/11/15

«Facebook» Hindistanın ərazisində internet imkanlarını genişləndirib

«Facebook»un «Internet.org» layihəsi çərçivəsində işə salınmış «Free Basics» mobil proqramı indi Hindistanın bütün sakinlərinə əlçatandır. Bu haqda Mark Zukerberq sosial şəbəkədə öz səhifəsində yazıb.
 
 
Hazırda «Free Basics» informasiya və təhsil resursları daxil olmaqla 60-dan çox xidmət təklif edir. Bu xidmətlərin hamısı istifadəçilər üçün ödənişsizdir. İlk öncə mobil proqram Hindistanın 29 ştatından yalnız 6-nın ərazisində işləyib.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «searchengines.ru» saytına istinadən yazır ki, indi hindistanlı istifadəçilər son xəbərlərdən məlumatlı ola, yerli hakimiyyətlə qarşılıqlı əlaqə yarada, vakansiyalar, yerli tədbirlər haqda informasiya axtara, təhsil səviyyəsini yüksəldə biləcəklər.
 
 
“Internet.org” – bu, texnologiya sahəsinin liderləri, qeyri-kommersiya təşkilatları, yerli cəmiyyətlər və ekspertlər arasında qlobal əməkdaşlıqdır. Onlar dünya əhalisinin üçdə iki hissəsinin internetə çıxışını təmin etmək üçün səylərini birləşdirirlər. Müxtəlif resurslar, qabaqcıl təcrübə və müxtəlif alətlərlə mübadilə edən “Internet.org” proqramının tərəfdaşları 3 əsas inkişaf sahəsi üçün həll axtarırlar: əlçatanlıq, səmərəlilik, biznes modelləri.



2014-cü ilin oktyabrında “Internet.org” layihəsi İndoneziyada işə salınıb.



2015-ci ilin yanvarında “Facebook” “Internet.org” proqramını Kolumbiya, bir ay sonra Hindistanda işə salıb.
 
 
Emil Hüseynov



Baxış sayı: 595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024