12px13px15px17px
Tarix:29/01/16

İlk virtual reallıq kaskası hazırlanıb

ABŞ-ın "Daqri" şirkətinin mütəxəssisləri məxsusi olaraq tikinti meydançaları üçün hazırlanan əlavə reallıq kaskası təqdim ediblər. Mütəxəssislərin sözlərinə görə, qurğu həm əməyin məhsuldarlığını, həm də işin təhlükəsizliyini artıra biləcək. Kaska ətrafdakı dünyanı təhlil edərək qurğu sahibinin gözü qarşısında lazımi informasiyanı göstərə bilir. Həmçinin qurğunun inşaatçıların işini tam dəyişəcəyi bildirilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "globalscience.ru" resursuna istinadən yazır ki, 360 dərəcəlik baxış bucağını təmin edən kamera və sensorlar istifadəçinin ətrafındakı əşya və obyektləri göstərmək və tanımaqla lazımi məlumatları generasiya edir. Kaska cihazların göstəricilərini dəyişə, qurğuların xüsusiyyətlərini verə, obyektlərin parametrlərini oxuya bilir. Rentgen texnologiyasının köməyi ilə qurğu istifadəçiyə nəzərdən kənar qalan detalları, məsələn, borunun daxili quruluşunu göstərir. Mütəxəssislərin planına görə, bu xüsusiyyət nasazlığın aşkarlanmasını və təmir işlərini sürətləndirəcək.
 
Bundan başqa, qurğu sahibi "ağıllı" kaskanın yaddaşında ona lazım olan informasiyanı, məsələn, təhlükəsizlik üzrə təlimatları saxlaya biləcək. "Ağıllı" kaska insanın hərəkətini qeydə alaraq dərhal ətraf mühitin xəritəsini yaradır və reallığı "3D" formatında təsvir edir.
 
Bir neçə mütəxəssis belə kaskadan istifadə edən zaman onlar məlumat mübadiləsi etməklə tikinti obyektinin tam modelini tikə bilərlər.
 
Qurğunun 2016-cı ilin birinci rübündə satışa çıxarılması gözlənilir.
 
Nizam Nuriyev



Baxış sayı: 494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə