12px13px15px17px
Tarix:29/01/16

Enerjinin simsiz ötürülməsi üzrə yeni metod təklif edilib

Alimlər enerjinin 20-30 sm məsafədən simsiz ötürülməsi nəticəsində işıq diodu lampasını yandırmağa müvəffəq olublar.

Rusiyalı alimlərin araşdırmasına əsasən, keramik dielektriklərindən istifadə nəticəsində enerjinin simsiz ötürülməsi üzrə effektiv sistemlər yaratmaq mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, eksperimentin nəticələri “Applied Physics Letters” jurnalında dərc edilib.

2007-ci ildə “Science” jurnalında dərc edilmiş məqalədə Massaçusets Texnologiya İnstitutunda çalışan professorlar qrupu tərəfindən enerjinin simsiz ötürülməsi sistemi üzrə keçirilmiş uğurlu sınaqlar haqda məlumat verilmişdi. Onlar 2.5 metr məsafədə 2 mis tərkibli qarqaranın rezonans əlaqəsi hesabına 60 Vatlıq lampanı yandırmağa nail olmuşdular.

Rusiyalı alimlər həmin rezonans metoddan istifadə etsələr də, amma qurğunun konstruksiyasında müəyyən dəyişikliklər ediblər. Belə ki, onlar mis tərkibli qarqaraları keramik dielektrik rezonatorlarla əvəz ediblər.

Yeni metodun nəzəri effektivliyi 80% təşkil edir.

Xatırladaq ki, enerjinin simsiz ötürülməsi ilk dəfə Nikola Tesla tərəfindən nümayiş etdirilib. O, 1899-cu ildə simsiz enerji mənbəyindən 25 mil məsafədə yerləşmiş lüminessensiya lampalarını yandırmaq üçün enerjinin simsiz ötürülməsini göstərib. Lakin o zaman Teslanın ixtirasını həyata keçirmək üçün xüsusi generatorların qurulması maddi cəhətdən sərfəli olmayıb. Alim bu ixtirasına görə patent almayıb.

Emil Hüseynov
 




Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 İyul 2019

17 07 2019

17/07/19
Sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, sosial şəbəkələrin işində müşahidə 

17/07/19
2023-cü ilədək “5G” smartfonların payı 50%-i ötəcək

4 il sonra “5G” texnologiyasını dəstəkləyən smartfonların sayı belə mobil şəbəkələrə qoşula bilməyən qur

17/07/19
Bu il dünyada İT qurğularının tədarükü 3 faiz azalacaq

“Gartner” analitik şirkəti kompüter, planşet və mobil telefonlar bazarının tədqiqatı üzrə nəticələri dərc

17/07/19
Bill Qeyts milyarderlər siyahısında ilk dəfə üçüncü pilləyə enib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts milyarderlər indeksinin yeddillik tarixində ilk dəfə üç

17/07/19
Avstraliyada sürücüsüz avtobuslar sərnişinləri daşımağa başlayıb

Yeni Cənubi Uels hakimiyyəti Kofs-Harbor şəhərində sürücüsüz ictimai nəqliyyatın real şəraitdə fəaliyyət

17/07/19
“5G” şəbəkəsini dəstəkləyən ilk “Vivo” smartfonu sertifikasiyadan keçib

Çinin “China Compulsory Certificate” sertifikasiya saytında “V1916A” markalı müəmmalı “Vivo” sma

17/07/19
Portuqaliyada ilk superkompüter işə salınıb

Portuqaliyada “BoB” adlı ilk superkompüter rəsmən istifadəyə verilib. O, Mino Universiteti nəzdində Qabaq

17/07/19
Mütəxəssislər “ağıllı” qurğulara edilən kiberhücumların artımını qeydə alıblar

2018-ci ildə “ağıllı” qurğular (saat, smart televizorlar, uşaq oyuncaqları, video qeydiyyatçı və soyuducular

17/07/19
“Twitter” fərdi kompüterlər üçün yeni dizayn təqdim edib

“Twitter” mikrobloqlar xidməti fərdi kompüterlər üçün yeni dizaynını təqdim edib. Bu haqda şirkətin bloqu