12px13px15px17px
Tarix:18/05/16

İnformasiyanın saxlanılması sahəsində inqilab edilib

“IBM” korporasiyasının mühəndisləri məlumatların saxlanılması istiqamətində inqilab ediblər. “PCM” texnologiyası yaddaşın bir xanasına 3 bit tutumunda informasiya yazmağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, ekspertlərin fikrincə, yeni texnologiya məlumatların saxlanılması sahəsində inqilab edərək mobil qurğu və “Əşyalar interneti”nin inkişafı nəticəsində artmaqda olan informasiya tutumunun öhdəsindən gəlməkdə kömək edəcək. “PCM” texnologiyasının başqa üstünlükləri aşağıdakılardır: daşıyıcının oxuma və yazma sürətini, tutum və davamlılığını yüksəldir, enerjidən asılılığını azaldır.

“PCM” texnologiyasından istifadəyə əsaslanan daşıyıcılar 10 milyon dəfə yenidən yazma əməliyyatına tab gətirə bilərlər, halbuki fləş kartlarda bu göstərici 3 minə bərabərdir.

Məlumatların “PSM” yaddaşda saxlanılması daha əvvəl də nümayiş etdirilib. İndi isə Parisdə keçirilmiş Beynəlxalq “IEEE International Memory Workshop” simpoziumunda çıxış edən “IBM”-in nümayəndələri yaddaş xanasında 3 bit informasiyanın saxlanılmasını nümayiş etdiriblər. 64K tutumunda informasiyanı yadda saxlayan sınaq  nümunəsi 1 milyon yenidən yazmadan sonra informasiyanı yazma qabiliyyətini saxlayıb.

Emil Hüseynov




Baxış sayı: 1130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024