12px13px15px17px
Tarix:10/06/16

İlk şüşə audiokolonkalar təqdim edilib

ABŞ-ın “Turtle Beach” şirkəti istiqamətləndirilmiş səs axınını təmin edən ilk şəffaf “Hypersound Glass” audiokolonkalarını hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya mexanika” resursuna istinadən yazır ki, “Hypersound Glass” şəffaf şüşədən düzəldilib və adi kolonkalara bənzəmir. Mütəxəssislər qeyri-adi audiosistemin texniki xüsusiyyətləri və quruluşu barədə məlumat verməyərək bunu kommersiya sirri olması ilə izah edirlər. Bununla belə, onlar konstruksiyada çoxqatlı şüşə və şəffaf plyonkadan istifadə edildiyini bildiriblər. Onların sözlərinə görə, dinamiklər səsi modulyasiya edərək onu şüşədən keçən zaman yalnız müəyyən hüdudlar daxilində eşidilən istiqamətləndirilmiş audioaxına çevirir.

Bildirilir ki, digər konseptual istiqamətləndirilmiş səs texnologiyaları nümunələrindən fərqli olaraq “Hypersound Glass” təkcə ev audiosistemlərində tətbiq edilməklə məhdudlaşmayacaq. Çünki “Turtle Beach” şəffaf reflektorlardan qeyri-adi inteqrasiya edilmiş sistemlərin hazırlanması üçün istifadə etmək niyyətindədir. Məsələn, bunlar birbaşa ekrana quraşdırılan dinamikli kompüter monitorları və ya avtomobillər üçün musiqini də səsləndirəcək külək şüşələri ola bilər.

Şirkət ilk şüşə “Hypersound Glass” kolonkalarının prototipini gələn həftə Los-Ancelesdə işinə başlayacaq “Electronic Entertainment Expo 2016” sərgisində nümayiş etdirməyi planlaşdırır.

Nizam Nuriyev






Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020