12px13px15px17px
Tarix:17/08/16

Artırılmış və virtual reallıq texnologiyaları bazarında gəlir 162 milyard dolları ötəcək

“IDC” analitik şirkətinin proqnozuna görə, yaxın illərdə artırılmış və virtual reallıq texnologiyaları bazarının həcmi ildə orta hesabla 181.3%  artacaq. Ekspertlərin qiymətləndirməsinə görə, sözügedən bazarda gəlir  5.2 milyard ABŞ dollarından 162 milyardadək yüksələcək.

“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, artırılmış və virtual reallıq texnologiyaları ilə işləmək üçün proqram təminatı sahəsində kəskin artım proqnozlaşdırılır. Belə ki, yalnız 2016-cı ildə belə ixtisaslaşdırılmış proqram təminatından əldə edilən gəlir 200% artacaq.

“IDC”-nin analitikləri hesab edir ki, 2016-17-ci illərdə virtual reallıq seqmenti gəlirin həcminə görə artırılmış reallıq kateqoriyasını ötəcək. Lakin gələcəkdə artırılmış reallıq seqmenti sürətlə inkişaf edəcək. Analitiklər artırılmış reallıq texnologiyasının tibb, təhsil, loqistika və sənaye istehsalında tətbiqini qeyd edirlər.

Araşdırmaya əsasən, artırılmış və virtual reallıq texnologiyaları bazarında bütün gəlirin 75%-i Asiya-Sakit okean regionu, ABŞ və Qərbi Avropanın payına düşəcək. 2020-ci ildə ABŞ sözügedən bazarda liderliyi ələ keçirəcək.

Emil Hüseynov




Baxış sayı: 294

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa