12px13px15px17px
Tarix:06/09/16

“Google Play” mağazasında təhlükəli virus aşkarlanıb

“Check Point” şirkətinin tədqiqatçıları “Google Play” əlavələr mağazasında "Dresscode” adlanan 40-dan çox virusa yoluxma faktı aşkarlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Internetua” resursuna istinadən yazır ki, yoluxmuş əlavənin yüklənməsi zamanı qurğuya nüfuz edən zərərli proqram təminatı yaradıcı ona lazımi məlumatları toplamağı əmr etməyənədək özünü büruzə vermir. Virusun smartfon və server arasında rabitə əlaqəsi yaratmaqla qurğuda edilən bütün əməliyyatlar barədə informasiyanı ötürməsi böyük təhlükə törədir.

Mütəxəssislər bildiriblər ki, virus, həmçinin çıxış nöqtələri və lokal şəbəkələr haqqında məlumatlar toplamaqla müəssisə və şirkətləri risklə üz-üzə qoyur. Bu, bank hesabları məlumatlarını oğurlayan viruslardan da təhlükəli ola bilər. Hazırda “Google” mütəxəssisləri əlavələr mağazasında müvafiq təmizləmə işləri aparsalar da, qurğunun təhlükəsiz olmasına əmin olmağı tövsiyə edirlər.

Nizam Nuriyev 




Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 May 2024

01 05 2024