12px13px15px17px
Tarix:02/11/16

“Instrumments 01” cihazı əşyaları dəqiq ölçəcək

Hazırda əksər sadə istifadəçilər müxtəlif əşya və obyektlərin ölçülərinin ölçülməsi üçün xətkeş, ruletka və ya ölçmə lenti kimi adi alətlərdən istifadə edir. Təbii, bu işlərin öhdəsindən gəlməyə imkan verən qabaqcıl texnoloji həllər də mövcuddur. Lakin onların qiymətini nəzərə alaraq belə ölçmə cihazları sadə istifadəçilər arasında populyar deyil. “Instrumments” şirkəti vəziyyəti dəyişmək istəyir və bunun üçün xüsusi olaraq “Instrumments 01” adlanan cihaz yaradıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, yeni qurğu qələm və ya kiçik markör formasında düzəldilib. Qurğunun bir tərəfində xüsusi halqa və lazerdən ibarət ölçmə mexanizmi, digərində - stilus, karandaş və ya qələm yerləşir (seçim üçün 3 model var). Mütəxəssislərin sözlərinə görə, “Instrumments 01” vasitəsilə istifadəçilər ölçüləri 0,1 mm dəqiqlikdə ölçə bilərlər. Əşyaların ölçüləri real vaxt rejimində mobil qurğu ekranında göstəriləcək.

İlkin sifariş qiyməti 149 dollar təşkil edən qurğunun tədarüklərinə dekabrda başlamaq planlaşdırılır.

Nizam Nuriyev 






Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024