12px13px15px17px
Tarix:11/11/16

Obyekt və materialların tanınması texnologiyası yaradılıb

Şotlandiyada Sent-Endryus Universitetinin alimləri tərəfindən hazırlanmış inqilabi texnologiya obyekt və materialları tanımaq qabiliyyətinə malikdir. Bu həll “RadarCat” adlı qurğuda reallaşdırılıb və qurğu kiçik radar datçikinin köməyi ilə, demək olar, bütün əşyaları tanıyır. Bu texnologiya bir çox potensial tətbiq imkanına malikdir, o cümlədən gözdən əlillər sözügedən texnologiyanın köməyi ilə ətrafda hansı əşyaların olduğunu müəyyənləşdirə biləcəklər.
 
Qeyd edək ki, Sent-Endryus Universitetində çalışan alimlər tərəfindən istifadə edilmiş radar datçiki ilk öncə barmaqların mikro hərəkətlərini qeydə almaq üçün “Project Soli” layihəsi çərçivəsində “Google ATAP” əməkdaşları tərəfindən hazırlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “RadarCat” qurğusunun əsasını kompüter təlimi təşkil edir, nəticədə bu sistem zaman keçdikcə daha çox əşyaları, materialları, rəngləri dəqiq tanıyacaq.
 
Emil Hüseynov







Baxış sayı: 1126

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024